Accessibility links

Bəzi gənc seçicilər Bayden və ya Trampı dəstəkləsə də, digələri alternativ istəyir


Bəzi gənc seçicilər Bayden və ya Trampı dəstəkləsə də, digələri alternativ istəyir
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Bu il ABŞ prezident seçkisində iştirak edəcək gənc seçicilər deyir ki, onlar Co Bayden və Donald Trampdan başqa bir seçimlərinin olmasını istərdilər. Bunun bir səbəbi namizədlərin yaşının çox olması ilə əlaqədardır. Bəs bu iki namizəddən birini dəstəkləyən gənc seçicilər kimdir?

Bu il ABŞ prezident seçkilərində iki əsas partiyanın prezidentliyə güman edilən namizədlərinin vəzifəyə uyğun olub-olmamaları ilə bağlı suallar mövcuddur.

Xüsusilə də gənc seçicilər arasında. Desmond Keyqer başqa bir seçimin olmasını istərdi.

“Əgər Respublikaçılar ya da Demokratlar seçki bülleteninə səs verməyə dəyər birini çıxarsalar, mən onlara səə verərəm,” Keyqer deyir.

Pew Araşdırma qrupunun ötən həftə apardığı rəy sorğuları göstərib ki, 30 yaşından aşağı seçicilərin üçdə ikisi, imkanları olsa, hər iki namizədi dəyişərdilər. Bəs o zaman Bayden və ya Trampı dəstəkləyən gənc seçicilər kimlərdir?

Françeska Panniello reproduktiv hüquqlarla bağlı narahatlıqlar səbəbilə Baydeni dəstəkləyir.

“Abort mənim üçün vacibdir. Abort hüququ, seçim hüququnun olması,” o deyir.

Bu ilin noyabrında Floridada abort hüquqları və marixuanadan istifadə hüququ səsverməyə qoyulacaq. Bu səbəblə də, Ceyden D’Onforio deyir ki, gənc seçicilər Demokatlar Partiyasını dəstəkləyir.

“Gənc seçicilərin burada, Floridada seçki mənzərəsini formalaşdırmaq üçün real imkanları var. Biz gördük ki, abortu seçmək hüququ və marixuana gənc seçicilərin inancları üçün mümüm əhəmiyyət kəsb edir və vacibdir, xüsusilə də abortla bağlı seçim hüququ,” o deyir.

Bəzi gənc seçicilər Qəzza müharibəsində İsrailə verdiyi dəstəyə görə Baydenə qarşı çıxırlar. Ancaq o, elə məhz buna görə, çox güman ki, Eliana Steinin səsini qazanacaq.

“Mən hesab edirəm ki, hazırda mənim üçün ən əsas şeylərdən biri İsrailə davamlı dəstəkdir, xüsusilər də bu münaqişə davam etdiyi bir vaxtda. Budur ki, mən Prezident Baydenin hazırkı münaqişədə İsraili dəstəkləmək üçün etdiyi hər şeyə görə minnətdaram,” Massaçusetsdən seçici Eliana Stein deyir.

Trampı dəstəkləyən gənc seçicilər arasında viskonsinli seçicilər Briana Bonilla və Conatan Boyer var.

“Mən Trampı sevməyən insanlarla söhbət etməyə çalışmışam və onlar deyir ki, ‘gedə bilərsən. Mən artıq sənlə danışmaq istəmirəm.’ Yəni, məncə əsas problem də budur. İnsanlar dinləməyə açıq deyillər. Onlar deyir ki, əgər sən Trampı bəyənirsənsə, çox pis insansan,” Bonilla bildirir.

“Düzdür, heç vaxt açıq müzakirə aparmaq olmur,” Boyer deyir.

“Mən hesab edirəm ki, açıq müzakirə aparmaq istəsən, onlar elə davranır ki, sən heç nə deyə bilmirsən, ya da onlar səninlə danışmırlar,”Bonilla əlavə edir.

Ayzeyah Törner deyir ki, gənc Tramp tərəfdarları həmyaşıdlarının onların siyasi seçimlərini sual etmələrinə öyrəşiblər.

“Mən üzərində Trump 2024” yazan papaqla bara gedəndə, ətrafdakı insanlar mənə qəribə baxırlar, amma bu məni narahat etmir, o deyir.

Törner Trampın korrupsiyaya qarşı mövqeyinə heyran olduğunu deyir.

“Məncə dünyada çox sayda qalmaqallı şey baş verir. Və məncə Tramp bu insanları tənqid etməyə cəsarət edən, onlardan qorxmayan yegan insanlardan biri idi. Mən düşünürəm ki, o, ölkə üçün ən yaxşısını edəcək, Viskonsindən Turner deyir.

Reuters/Ipsos-un mart ayında apardığı rəy sorğularının nəticələri göstərir ki, 18-29 yaş arasında amerikalılar 3 faiz fərqlə Baydenə Trampdan daha çox üstünlük verirlər. Müqayisədə isə Bayden dörd il öncə gənclərin səsini 24 faiz fərqlə qazanmışdı.

Forum

XS
SM
MD
LG