Accessibility links

ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynadakı müharibədə xloropikrin kimyəvi silahından istifadədə ittiham edib


ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynadakı müharibədə xloropikrindən istifadə etməkdə ittiham edib. Müvafiq bəyanatda Rusiya ordusunun Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarına (RCBZ), eləcə də bir sıra institutlara, şirkətlərə və onların rəhbərlərinə qarşı sanksiyaların tətbiqi Moskvanın özünün imzaladığı Kimyəvi silahlar haqda beynəlxalq Konvensiyanı pozması ilə izah edilir.

Xloropikrin ilk dəfə Birinci Dünya Müharibəsi zamanı Almaniya tərəfindən istifadə edilmişdi. Hazırda əsasən iğtişaşlara nəzarət vasitəsi kimi istifadə olunur. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) onu qadağan olunmuş kimyəvi müharibə vəsaiti siyahısına daxil edib.

Dövlət Departamenti Rusiyanın Kimyəvi Silahlar Konvensiyasını və sonradan gözlənildiyi kimi, OPCW-ni pozduğuna dair rəsmi qənaətini ABŞ Konqresinə bildirəcək.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Ukraynada kimyəvi silahdan istifadə ilə bağlı Rusiyaya qarşı ittihamlarını əsassız adlandırıb.

Həm Ukrayna, həm də Rusiya əvvəllər bir-birini qadağan olunmuş kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

Mayın 2-nə keçən gecə rus qoşunları Odesaya raket zərbəsi endirib. Odesa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleh Kiperin sözlərinə görə, 14 nəfər yaralanıb. Bir nəfər xəstəxanaya yerləşdirilib və vəziyyəti orta ağırdır, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib.

Hücum nəticəsində mülki infrastruktura, o cümlədən “Nova Poşta”nın anbarlarına ziyan dəyib. Yanğın başlayıb. Ətrafdakı evlərin pəncərələri sındırılıb.

“Novaya Poşta” filialının vurulduğunu təsdiqləyib. Heç bir işçinin xəsarət almadığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, mayın 2-nə keçən gecə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 12 pilotsuz uçan aparat məhv edilib və ələ keçirilib. Bunlardan beşi Bryansk, biri Kursk, biri Belqorod vilayətlərinin, ikisi Rostov və üçü Krasnodar vilayətinin ərazisi üzərindədir.

Ukraynanın pilotsuz təyyarəsi Smolensk vilayətinin cənub-şərqində enerji infrastrukturu obyektinə hücum edib. Bu barədə vilayət qubernatoru Vasili Anoxin bildirib.

Martın 17-dən bəri ilk dəfə olaraq Oryol vilayəti pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Regionun qubernatoru Andrey Klıçkov enerji infrastrukturu obyektlərinə ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən bir neçə təsərrüfatda elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Kursk vilayətində Ponıri kəndində elektrik xətləri sıradan çıxıb.

Heç bir bölgədə tələfat qeydə alınmayıb.

Forum

XS
SM
MD
LG