Accessibility links

İraq rəsmiləri deyir ki, daşqınlar bir neçə nəfərin ölümünə səbəb olub


Yerli rəsmilərin AFP-yə verdiyi məlumata görə, İraqın şimalında Süleymaniyə bölgəsində leysan yağışları nəticəsində baş verən daşqınlar dörd nəfərin ölümünə səbəb olub.

Qaradah rayonunun “Avaspi kəndində piyada gəzinti komandasının dörd üzvü leysan yağışları və daşqınlar səbəbilə boğulub,” yerli rəsmi Rouf Kamal deyib.

Mülki müdafiə sözçüsü Aram Əli tələfatlar təsdiq edib və bildirib ki, cümə günü muxtar Kürdistan bölgəsinin ikinci ən böyük şəhəri Süleymaniyənin cənubunda baş verən insidentdə başqa səkkiz nəfər xilas olub.

O bildirib ki, cümə axşamı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, piyada gəzinti edənlərə dağlıq ərazilərdən uzaq durmaları tövsiyyə olunub.

İraqın bir neçə ərazisi, xüsusilə şimalında leysan yağışlar daşqınlara səbəb olub, Kürdüstan bölgəsinin paytaxtı Ərbildə bəzi yollar bağlanıb.

İraq dörd ildir quraqlıqdan əziyyər çəkir, qeyri-müntəzəm yağışlar su ehtiyatlarına pis təsir edərək, bir çox fermerləri torpaqlarını tərk etməyə məcbur edir.

Lakin yağış mövsümünün adətən dekabrdan mart ayına qədər davam edən İraqda hava xidmətinin sözçüsü Əmir Əl-Cabiri deyib ki, 2024-cü ildə yağıntı “keçən ildən daha yaxşı” olub.

Forum

XS
SM
MD
LG