Accessibility links

Blinken deyir ki, HƏMAS üçün atəşkəsi qəbul etmək asan olmalıdır


ABŞ dövlət katibi Antoni Blinken cümə günü axşam saatlarında deyib ki, İsraillə atəşkəs razılaşmasını qəbul etmək HƏMAS üçün "asan" olmalıdır, ancaq militantların Qəzzada qərarhaglanan rəhbərliyinin motivləri aydın deyil.

Qəzza zolağına nəzarət edən HƏMAS elan edib ki, nümayəndə heyəti Misir və Qətərin uzun müddətdir vasitəçilik etdiyi və girovların azad edilməsi müqabilində İsrailin hücumlarını müvəqqəti dayandıracağı danışıqları davam etdirmək üçün şənbə günü Qahirəyə yola düşəcək.

“Biz onların atəşkəsi və girovların azad edilməsini qəbul edib-etməyəcəklərini gözləyirik. Hazırda reallıq budur ki, Qəzza xalqı ilə atəşkəs arasında dayanan yegan şey HƏMAS-dır.”

Militantların fələstinli “xalqı təmsil etdiklərini iddia” etdiklərini qeyd edən Blinken deyib ki, “Əgər bu doğrudursa, atəşkəsi qəbul etmək asan olmalıdır.”

“Amma bəlkə başqa nə isə baş verir və biz qarşıdan gələn günlərdə daha yaxşı anlayacağq,” o bildirib.

Blinken ABŞ-ın terror qrupu olaraq tanıdığı və birbaşa əlaqə qurmadığı, İsrailin isə məhv etməyə söz verdiyi HƏMAS-la danışıq aparmağın çətinliklərini vurğulayıb .

“Bizim - qətərlilər və misirlilər vasitəsilə - bilvasitə danışıq apardığımız HƏMAS əlbəttə ki, Qəzzadan kənarda yaşayır,” Blinken deyib. “Son qərar verənlər Qəzzanın özündə olanlardır ki, bizim heç birimizin onlarla birbaşa əlaqəmiz yoxdur.”

Blinken bunu Yaxın Şərqə son səfəri çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahu və başqa liderlərlə görüşəndən bir neçə gün sonra Arizonada MakKeyn İnstitutunun Sedona Forumunda çıxış edərkən bildirib.

Rəfafa hücum təhlükəsi hələ də var

Netanyahu Binkenlə söhbətindən öncə atəşkəs danışıqlarının nəticəsindən asılı olmayaraq Qəzzanın cənubunda Rəfah şəfərində hücum etməyi vəd edib.

ABŞ Prezidenti Co Baydenin administrasiyası dəfələrlə İsrailə 1.2 milyon fələstinlinin sığındığı Rəfaha hücum etməmək barədə xəbərdarlıq edib.

Blinken bildirib ki, hərbi və diplomatik dəstək üçün İsrailə arxalanan İsrail “təhlükə altında olan mülki vətəndaşları qorumaq üçün etibarlı plan” təqdim etməlidir.

“Belə bir plan olmadan biz Rəfaha böyük hərbi əməliyyatı dəstəkləyə bilmərik, çünki onun vuracağı zərər qəbul edilə biləndən çox olacaq,” Blinken deyib.

Müharibənin mülki vətəndaşlar arasında səbəb olduğu tələfat sayı ilə bağlı qlobal tənqid və Bayden administrasiyasına təzyiq artıb.

Müharibə HƏMAS-ın oktyabrın 7-də əksəriyyəti mülki vətəndaş olmaqla 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra başlayıb. Militantlar həmçinin təxminən 250 nəfəri girov götürüb ki, İsrail onlardan 130-nun hələ də Qəzzada olduğunu, 30-nun isə öldüyünə inanır.

Qəzzanın HƏMAS tərəfindən idarə olunan səhiyyə nazirliynin məlumatına görə, İsrail cavab kampaniyası nəticəsində Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla ən azı 34 622 nəfərin ölümü ilə nəticələnib.

Forum

XS
SM
MD
LG