Accessibility links

Bayden administrasiyası: Gələn il 100 min yeni miqrantın dövlət tibbi sığortasına baş vuracağı gözlənilir


Bayden administrasiyasının cümə günü açıqladığı direktivə əsasən, uşaq ikən ABŞ-a gətirilən təxminən 100 min immiqrantın gələn il Əlçatan Səhiyyə Qanununun sağlamlıq sığortasına daxil olacağı gözlənilir.

Bu addım planlaşdırılandan daha uzun çəkdi və Demokrat prezident Co Baydenin miqrantların "Medicaid" (Medikeyd) proqramına qoşulması təklifinin realşadırmasına kifayət etmədi.

"Medicaid" ölkənin ən yoxsul insanları üçün demək olar ki, ödənişsiz tibbi sığorta proqramıdır.

Lakin bu, "Xəyalpərəstlər" kimi tanınan minlərlə insana, Əlçatan Səhiyyə Aktının qeydiyyatı noyabrın 1-də açıldıqdan sonra, prezident seçkilərinə bir neçə gün qalmış qeydiyyatdan keçdikdə vergi güzəştlərindən istifadə etməyə imkan verəcək.

"Mən "Xəyalpərəstlər"in ölkəmizə verdiyi töhfələrdən qürur duyuram və "Xəyalpərəstlər"ə uğur qazanmaq üçün lazım olan dəstəyi verməyə sadiqəm", Bayden cümə günü verdiyi açıqlamada deyib.

Bu, Baydenin seçkidə qalib gəlməsi üçün vacib səsvermə bloku olan Latın amerikalı icma arasında mövqeyini gücləndirməyə kömək edə bilsə də, bu addım mühafizəkarlar arasında prezidentin sərhəd və miqrant siyasəti ilə bağlı daha çox tənqidə səbəb olacağı şübhəsizdir.

Ölkənin ən yüksək səhiyyə rəsmisi Havyer Beçerra cümə axşamı bildirib ki, bu miqrantların bir çoxunun tibbi sığortası yoxdur və onlar səhiyyə yardımı almağa gecikiblər.

"Onlar nəhayət səhiyyə yardımı aldıqda daha yüksək xərclər və borclarla üzləşirlər. "Xəyalpərəstlər"ə tibbi sığortaya daxil olmaq hüququ vermək onların sağlamlığını və rifahını yaxşılaşdıracaq, dövlətimizin və iqtisadiyyatımızın sağlamlığını və rifahını gücləndirəcək" – deyə, Beçerra jurnalistlərə açıqlamasında bildirib.

Forum

XS
SM
MD
LG