Accessibility links

Rusiya dronları Ukraynanın Xarkiv və Dnipro vilayətlərində 6 nəfəri yaralayıb


Xarkiv. 4 may, 2024
Xarkiv. 4 may, 2024

Rusiya bu gecə Ukraynanın Xarkiv və Dnipro bölgələrində dron hücumları edərək, ən azı altı nəfəri yaralayıb, kritik infrastruktur, kommersiya və yaşayış binalarını vurub. Bu barədə şənbə günü bölgə rəsmiləri məlumat verib.

Ukrayna Hava Qüvvələri bildirib ki, Rusiya qüvvələri ölkənin şimalşərqi və mərkəzindəki bölgələri hədəf alaraq 13 Şahed dronu atıb. Hava Qüvvələrinin komandiri deyib ki, hava hücumundan müdafiə bölmələri dronların hamısını vurub.

Ancaq bölgə qubernatorunun bildirdiyinə görə, vurulan dronların qalıqları Xarkivda mülki hədəflərə düşüb, nəticədə dörd nəfər yaralanıb, bir ofis binasında yanğın baş verib.

Oleh Sınehubov Telegram kanalında yazıb ki, 13 yaşlı bir uşaq və bir qadın xəstəxanada müalicə olunur. İki başqa qadına hadisə yerində təcili tibbi yardım göstərilir. O deyib ki, fövqəladə hallar xidməti yanğını söndürməyə çalışır.

Sənaye bölgəsi olan Dnipropetrovskda iki nəfər xəsarət alıb. Bu barədə bölgə qubernatoru məlumat verib. O deyib ki, kritik infrastruktur və üç evə ziyan dəyib.

Forum

XS
SM
MD
LG