Accessibility links

Baydenin seçki kampaniyası Florida abort qanununa görə Trampı tənqid edir


Baydenin seçki kampaniyası Florida abort qanununa görə Trampı tənqid edir
please wait

No media source currently available

0:00 0:03:28 0:00

ABŞ-ın Florida ştatında yeni qanun altı həftəlik hamiləlikdən sonra əksər abortları qadağan edir. Donald Tramp öz seçki kampaniyasında ştatların reproduktiv hüquqları tənzimləmək hüququnu müdafiə edir. Co Bayden isə deyir ki, bu cür qanunlar qadınların həyatlarını təhlükəyə atır.

Baydenin seçki kampaniyası reproduktiv haqları yenidən seçilmə səylərinin mərkəzinə qoyur. Vitse-prezident Kamala Harris ştatın yeni abort qanununun qüvvəyə mindiyi gün seçki kampaniyası çərçivəsində Floridaya səfər edib:

“Bu azadlıq üçün mübarizədir. İnsanın bədəni ilə bağlı özünün qərar verməsi və hakimiyyətin insanlara nə etməli olduqlarını deməməsi ilə bağlı fundemantal azadlıq.”

Floridanın yeni abort qanunu ölkə üzrə ən məhdudlaşdırıcı abort qanunlarından biridir. Bu, noyabr seçkilərində abort hüquqlarının ştat konstitusiyasına daxil edilməsi ilə bağlı referendum təşəbbüsünə təkan verib.

ABŞ ştatlarının müstəqil şəkildə abort qanunları qəbul etməsi 2022-ci ildə Ali Məhkəsimin federal abort mühafizəsinə son qoymasından sonra mümkün olub.

Həmin qərarın lehinə səs verən 6 hakimdən 3-ü Tramp tərəfindən təyin edilib və Harris deyir ki, seçicilər buna görə Tramp məsuliyyətə cəlb etməlidirlər:

“Bütün ölkə üzrə, ştatlar üzrə biz reproduktiv hüquqlarımıza hücumların şahidi oluruq. Biz kimi günahlandırmalı olduğumuzu bilirik. Bunu sabiq prezident Donald Tramp edib.”

Tramp Floridanın yenin qanunun sərt olduğunu desə də, o müntəzəm olaraq abort qərarının ştatlar üzrə verilməsini özünün nailiyyəti kimi təqdim edir:

“Qərarlar ştatlar üzrə fərqli olacaq. Çoxu müxtəlif sayda həftələr nəzərdə tutacaq və bəziləri digərlərindən daha mühafizəkar qanunlara malik olacaq, bu belə olacaq. Günün sonunda, bu, insanların istəyi ilə olacaq. Sən ürəyinə qulaq asmalısan, ya da əksər hallarda öz dininə və inancına...”

Floridanın Fort Pirs şəhərindəki qadın sağlamlığı klinikasında bu pasient yeni qanunun daha çox gənc qadının ölümü ilə nəticələnəcəyindən narahatdır:

“Düşünürəm ki, bu, daha çox ölüm deməkdir, çünki altı həftə əslində çox vaxt deyil. Sonra isə abortun hər bir halda olacağını hiss edirsən. İstər qanuni olsun, istərsə də qeyri-qanuni. Bu, küçələrdə olduğu kimi olacaq. Bu, sadəcə olaraq təhlükəli olacaq”.

Klinika sahibi Kandes Day deyir ki, yeni qanunun qüvvəyə minməsindən öncə çox sayda pasient axını oldu. Onun fikrincə, altı həftə qadağası çox sərtdir:

“Çox sayda qız altıncı həftələrinə qədər belə hamilə olduqlarını bilmirlər. Bilirsiniz, onlar elə bilirlər dördüncü həftələrindədirlər, çünki öz periodlarını hələ görməyiblər. Beləliklə biz ultrasəs edirik və məlum olur ki, altıncı həftələrindədilər və onlar iki müxtəlif günü görməlidilər.”

Klinikanın çölündə aborta etiraz edənlər ora daxil olan hər kəslə ünsiyyət qurmağa çalışırlar. Tammi Holli öz təcrübəsini paylaşır.

“Mən buradayam çünki abortdan zərər çəkmişəm və mən digər qadınların abortdan zərər çəkmələrini istəmirəm. Onlar binaya daxil olurlar və oradan heç vaxt eyni çıxmırlar. Öz həyatlarını normal şəkildə davam etməyə nə qədər səy göstərsələr də, onlar heç vaxt eyni olmurlar.”

Aborta son qoymaq çox sayda Respublikaçı seçicini ilhamlandırsa da, Trampın bu mövzunun rəqabətli seçki mühitində siyasi həssaslığını dərk etdiyi müşahidə edilir.

“Öz ürəyinizə etibar edin, amma biz qalib gəlməliyik. Biz mütləq qalib gəlməliyik. Biz çöküşdə olan ölkəyik, amma biz daha çöküşdə olan ölkə ola bilmərik. Biz ölkəmiz qüdrətli edəcəyik.”

Harris deyir ki, Trampın Konqresdəki Respublikaçı müttəfiqləri ölkə üzrə abort qadağası istəyirlər.

Tramp isə deyir ki, ştatların artıq müstəqil şəkildə qərar qəbul edə bildiyindən buna ehtiyac yoxdur.

Forum

XS
SM
MD
LG