Accessibility links

Tramp Baydenin Ağ Ev müxbirlərinin şam yeməyində zarafatlarını tənqid edib


Tramp Baydenin Ağ Ev müxbirlərinin şam yeməyində zarafatlarını tənqid edib
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Tramp Baydenin Ağ Ev müxbirlərinin şam yeməyində zarafatlarını tənqid edib

ABŞ prezidenti Co Baydenin Vaşinqtonda Ağ Evin Müxbirlər Assosiyasıyasının şam yeməyi zamanı etdiyi zarafatlar tədbirə qatılanlar tərəfindən müsbət qarşılanıb. Lakin onun siyasi rəqibi Donald Tramp bu həftə yeni kampaniya tədbirləri və məhkəmə dinləmələrinin keçirildiyi vaxt tədbiri tənqid edib.

Prezident Baydenin özü və 2024-cü ildə yenidən seçilmək üçün siyasi rəqibi haqqında zarafatları şənbə günü Ağ Ev Müxbirlərinin illik şam yeməyinə toplaşan jurnalistlər, məşhurlar və siyasətçilərin alqışlarına və gülüşlərinə səbəb olub.

ABŞ prezidenti Co Bayden: “2024-cü il seçkiləri tam sürətlə gedir və bəli, yaş məsələsi var. Mən yetkin bir adamam, 6 yaşlı uşaqla yarışıram,”.

Maraqlıdır ki, ali baş komandan ilk dəfə Donald Trampın hüquqi problemlərini də qeyd edib.

ABŞ prezidenti Co Bayden: “Ölkədə durumla bağlı məruzədən bəri işlərim yaxşı gedir. Lakin Donald son vaxtlar çətin günlər yaşayır. Buna fırtınalı hava deyə bilərsiniz.”

Bayden Trampın biznes sənədlərini saxtalaşdırmaqla bağlı 34 cinayət ittihamı ilə üzləşdiyi, Nyu Yorkda davam edən məhkəməsinə istinad edirdi. Təhlilçilər bu zarafatın Baydenin kampaniya strategiyasında dəyişikliyə işarə etmədiyini düşünürlər.

Şimal-Qərb Universitetinin professoru Erik Nisbet: “O, bunu yumorla yumşaq bir şəkildə etdi və düşünürəm ki, bir daha bunu etməyəcək. Tramp bunun Bayden tərəfindən Ağ Evdə siyasi rəqibini məğlub etmək üçün planlaşdırıldığını iddia edib. O, bu mövzunu qızışdırmaq istəmir.”

Tramp bazar günü səhər Ağ Ev müxbirlərinin şam yeməyi haqda fikir bildirib. O, “Truth” sosial media platformasında tədbirin “həqiqətən pis”, Baydenin isə “tam fəlakət” adlandırıldığını paylaşıb.

Tramp mayın 1-də Miçiqan və Viskonsin ştatlarında kampaniya tədbirləri keçirib. O, keçən həftə Demokrat prezidentin radio aparıcısına bu ilin sonunda Respublikaçı rəqibi ilə debata hazır olduğunu deməsindən sonra bu həftə Baydenlə debata çıxmağa hazır olduğunu təkrarlayıb.

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp: “Mən hazıram, buna istəkliyəm və bunu bacarıram. Əgər istəsə, mənə bunu bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü edə bilərəm. Biz onun avtomobil sənayesini dağıtdığı Miçiqan ştatında olacağıq.”

Professor Erik Nisbetin fikrincə, seçiciləri bu və ya digər namizədin tərəfinə cəlb etmək üçün debatın vaxtı mühümdür.

Şimal-Qərb Universitetinin professoru Erik Nisbet: “ABŞ-da tarixən ictimaiyyətin böyük hissəsi yayda partiyalar öz namizədlərini təsdiqlədikdən sonra sentyabr ayına qədər seçkilərlə bağlı nə baş verdiyinə belə diqqət yetirmir.”

Ən azından qısa müddətdə müəyyən olan odur ki, Tramp bu həftə davam etdirilən Manhattan məhkəməsi ilə seçki kampaniyası çıxışlarını balanslaşdırmalı olacaq.

Bayden isə seçki kampaniyasında iştirak etmək və prezident kimi vəzifələrini yerinə yetirmək arasında düzgün tarazlığı tapmağa davam etməlidir.

Forum

XS
SM
MD
LG